Müddəi qövlilə çün kim salmadın gözdən bəni
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Müddəi qövlilə çün kim salmadın gözdən bəni,Saxlasun, ey sevdügim, Tanrı yəman gözdən səni.Bənə dağ eylədi puşidə üryan cismimi,Neylərəm, ey həmnişin, şimdən geri pirahəni.Keçdi dün damən keşan səndin baxam çak,Eyb olmaz çün kim, əlimdən getdi dövlət daməni.Mehrin, ey məh, eyləməz ta mehriban könlümğə seyr,Edəməz hərçənd kərəm olsa quyaş bəzm ahəni.Göz üzün gördü, fəqihə eylədi tərki-səlah,Ey gözüm mərdümləri, əhli-səlamət rəhzəmi.Müddəilə aşiqi bixanüman sanman ki, var,Guşeyi-qəm mənzili, künci-məlamət məskəni.Sadiqi, Qarun vəqt urmaqda eşqilən ki, yar,Sinəyə getməz gənci-məhəbbət məxzəni.
Kitabxana.az · https://kitabxana.az/works/sadiq-bey-efsar-muddei-qovlile-cun-kim-salmadin-gozden-beni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qıldı həngami-səfər sərvi-xuramanım vida,Vəqtidür qılsa təni-dilxəstəni canım vida.
Qəmi-fəraqın ilə dərdnak olub gedərinQəmi-fəraqın ilə dərdnak olub gedərin,Nə dərdnak ki, qəmdin həlak olub gedərin.
Əgər dünya budur, bixanü biman olmamız yegdürƏgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.