Şad olamazmı bilür bir qəmi-aləm nə imiş,Mən ki, qəm həmdəmiyəm, mən bilürəm qəm nə imiş.

Mən ni qədr çü avarə olam kuyindən,Bilür ol ləhəzatın qədri ki, həmdəm nə imiş.

Ey soran lütfilə matəmzədələr əhvalın,Bəzmi məndin xəbər al, anla ki, matəm nə imiş.

Yürəgim qan oluban tutdu gözüm rəhgüzərin,Şimdi bildüm səbəbi-əşki-dəmadəm nə imiş.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sadiqi birgə xərabatnişin ortamudur,Qəsri-qeysər nədürü səltənəti-Cəm nə imiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mərsiyə

Mərsiyə

Cavan öldün, dünyadan kam almadın,Çox çalışdın, zəhmətdən heç doymadın.

Əhməd Cavad1 dəq
نه بی‌یادت برآید یک دم از من

نه بی‌رویت جدا گردد غم از من

Əvhədi MarağalıQəzəl 6381 dəq
Qanlı bir səhradı bu

Göz yaşım leysan olub səhrada bir dəryadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Baba Pünhan2 dəq
Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirzə Əli Möcüz6 dəq