Ey əcəl, al canımı, aləmni ansız körməyin,Canımı canansızü cismimni cansız körməyin.Cilvə qılmas qaməti könlüm ara kur et közüm,İstərəm bu bağnı sərvi-rəvansız körməyin.Qoy yıxılsın səbr bünyadı, tökülsün cami-eyş,Közümi seylabsız, bağrımı qansız körməyin.Keçdi ömrüm yarsız, ey çərxi-dun, tap al canımKim, həyat əyyamını ol novcəvansız körməyin.Gər xəyalı gəlməsə gözdin qılay qət'i-nəzər,Sadiqi, hərgiz bu evni mehmansız körməyin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri