Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur,Mənimdik bikəs ərbablar, yavuq həmdəmləri bardur.Çün söz birlə əhvalın sorar əğyari-bidərd,Neçün şad olmasunlar, rəhmsiz mərhəmləri bardur.Məgər kim, ol səri-ku itləri məlum qılmışlar,Mənim yox olduğum kim, əcəb matəmləri bardur.Məni əfsürdə qıldı hicr suzi-vəsli-canımdin,Qavansunlar olar kim, özgəcə aləmləri bardur.Gözün mərdümləri ta tutdu mənzil bəhri-əşkimdə,Müəyyən oldu kim, aləmdə su adamları bardur.Olar kim, şadmanluq birlə ömrü sərf qılğaylar,Əgər naşad olursa Sadiqi, biqəmləri bardur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran