Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.

Ney kimi bağrın dəlib, hər dəmdə nalan eyləsün,Dərdilə yansın, yaxılsın vəsləti-yar istəyən.

Aşiqin yanmaqdan özgə dərdinə dərmanı yox,Yanmağa pərvanə bolsun şəmi-rüxsar istəyən.

Aşiq oldur canü dildən dərd qıldı ixtiyar,Dərdinə dərman buldu dərdi təkrar istəyən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Can verib bir can üçün yansa Həbibi, qəm deyil,Masəvadan fariğ oldu vəsli-dildar istəyən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq