Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə.

Valehü biəqlü sərxoş, məstü heyran olmuşuz,Görünəli şol gözü nərgis, yüzü gülgün bizə.

Ruxların şol cami-Cəm giti-nümadır kim yəqin,Rövşən ol yüzdən görünür xaliqi-biçün bizə.

Pür edüb peymanəyi, saqi, əlümə sun müdam,Nuş edəlüm, kim bilür, neydə bu çərxi-dun bizə.

Ol səfa camın peyapey nuş edəlüm, ey həkim,Çunki ol piri-muğandan oldu bu qanun bizə.

Şol ləbi-yaqutini qut etməkiçün canına,Dəmbədəm yedirdügü qandır dili-pürxun bizə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Həbibi, əqli qoy, tut cami-eşqi hər nəfəs,Şöylə layəqəl əli gör kim gülə Məcnun bizə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq