Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,Gözüm edər həzaran abi-rəvan çəməndə.

Şövqinə gül yüzünün hər dəm həzar dastanEdüb bu bülbüli-can, eydür şu an çəməndə.

Zülfin görəli sünbül, gülgün yüzünü lalə,Hər dəmdə eklədərlər sevdavü qan çəməndə.

Buyi-saçundan erdi badi-bahara çün kim,Sərməstü dəngü heyran oldu dəvan çəməndə.

Vehyi-rəmim olanlar yöhyil-izam olurlar,Sən bir nəfəs urarsan ol dəm rəvan çəməndə.

Dövri-zaman içində görmədi bir bəşər heçSəncileyin pəri-rux, huri-cinan çəməndə.

Şol tiri-qamətini sərvi görürsə doğru,Qaşm kimə əgilür, olur kəman çəməndə.

Məşuqə eyni sənsən, ey eşq əri Həbibi,Gərçəksən aşiqanə ol canfəşan çəməndə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Tut saqinin əlini, qoy başunu ayaqda,İç cami-eşqi, məst ol sən bu zaman çəməndə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq