Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.

Ləli-canbəxşin əgərçi mürdə cismə can verir,Çeşmi-bimarın, nigara, canları rəncur edar.

Kilki-qüdrət alnına çün fəzli-bismillah yazar,Yəni rəhman surətin şeytanı gözdən dur edər.

Eyni-fəttanınla qaşın, zülfin, ey məhru sənəm,Neçə izzət əhlini pamal edübən xar edər.

Cəm degil, xeyli-xəyalın yıxsa, ey şəh, can evin,Çünki hüsnün gənci-eşqünlə anı məmur edər.

Ruxlərin şəminə can pərvaz edüb pərvanəvəş,Yandığınca saçların ol miskini məhcur edər.

Münşiyi-qüdrət yazar çün dəftərinin surətin,Xətti-tövqiünü ol dəm riqəyi-mənşur edər.

Hüsnünün təqvimini çün bağlar əhsən vəchilə,Xəttü xalinin rüqumi əbcədin məstur edər.

Həqşini pərgarinin nəqqaşi-surət yazacaq,Abu rəngin rəsm içində büt kibi məstur edər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ləlü lölönün Həbibi nəzm edəcək mədhini,Eşidən der bu Məsihadir ki, nəfhi-sur edər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq