Könlümü həm dəmbədəm edər pərişan saçların
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Könlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.
Bir dükənməz qarə sevdadir ki, ucu yox anınMən pərişan-xatirin başunda, ey can, saçların.
Gün yüzündür gərçi iymaniylə dini aşiqin,Mana yetər dünyada küfr ilə iman saçların.
Gər dü kövni bir qılına versələr min can ilə,Ey sənəm, billahi, vermə k-ola1 məccan saçların.
Üqdəsindən bir gireh çözərsə ərşin üstünə,Tutar Ayü Günəşin yüzünü yeksan saçların.
Qaliyəvü müşkü ənbər qıldı təblü ud, ney,Sərbəsər xaki-cəhani ənbərəfşan saçların.
İki kövnə bir qılı niycəsi olmasın mühit,Qurdu çün ərşül-əzim üstünə sayan saçların.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dört kitabın müşkilini bu Həbibi etsə həl,Nola çünkim oldu ana nəqlü bürhan saçların.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-konlumu-hem-dembedem-eder-perisan-saclarin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,Gözüm edər həzaran abi-rəvan çəməndə.
Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizəDur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə.
Dur uru, ey saqiyi-məhru bizəDur uru, ey saqiyi-məhru bizə,Sun bərü bir qaç qədəh vinu bizə.
Şol mübarək zatına işim sənadır, ya nəbiŞol mübarək zatına işim sənadır, ya nəbi,Asilik bimarına adın şəfadır, ya nəbi.