Şol mübarək zatına işim sənadır, ya nəbi,Asilik bimarına adın şəfadır, ya nəbi.

Ayağın toprağının qədrin nə bilsin hər kişi,Kun-fəkan ol toprağə kəmtər bəhadır, ya nəbi.

Ey günəş yüzlü həbib, hər kim səni həq bilmədi,Danla məhşərdə anın yüzi qəradır, ya nəbi.

Çün sənin xoşlığına yaratdı sane-aləmi,Ayağın toprağına aləm fədadır, ya nəbi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Həbibi xəstəyə qılğıl şəfaət ruzi-həşr,Çünki əslində səninlə aşinadır, ya nəbi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq