Dur uru, ey saqi, billah, xoşxiram
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dur uru, ey saqi, billah, xoşxiram,Cami-Cəmdən nuş edüb sərxoş həram.
Ləli-yaquti rəvani lütf edüb,Sun əlümə ödəvüz bəzmi-müdam.
Gün yüzünlə zülfi-şəbrəngün, a dost,Virdimü zikrim olubdur sübhü şam.
Ey qəmərrux, şəmsi-can, saqi, saqın,Puxtə olmuş aşiqini etmə xam.
Səbzəvü abü hərifü sazü mey,Budürür əsbabi-işrət, vəssəlam,
Hazır ikən dur içəlüm durmadanKim, gedər Cəm taxtdan uşanur bu cam.
Söhbəti bir xas edəlim yar ilə,Müttəli olmasın ana heç avam.
Cəhd qıl, sənligi səndən zail et,Şol müsəffa ab ilə sən, ey qulam.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Həbibi, hali olma bir nəfəs,İç şərabı il on iki ay tamam.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-dur-uru-ey-saqi-billah-xosxiram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini amFəzli-fəyyazi-əzəl çün eylədi feyzini am,Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam.
Bir səhər piri-muğani çün ziyarət eylədimBir səhər piri-muğani çün ziyarət eylədim,Ayağında baş qodum, çox-çox ibadət eylədim.
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedimEy dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Mənimlən ta yaman oldun, məni öldürdü qayğularMənimlən ta yaman oldun, məni öldürdü qayğularKi, ayatına demişlər, sənün yanında bədgular.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.