Mənimlən ta yaman oldun, məni öldürdü qayğularKi, ayatına demişlər, sənün yanında bədgular.

Görərəm zülfini hər şəb duşimdə, bildim axır kim,Bulur tilbə gecə hər kim, pərişan görsə uyxular.

Məni hər kim iki çeşmin xəyalilən görür der kim,Bu Məcnundur, gəzər əlbəttə ol yanında ahular.

Ləbin üzrə qara xallar ona bənzər ki, axmışlar,Şəkər tikənüvü üstündədir bir neçə hindular.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ləbi-lö’lü xəti səbzin sifatın Kişvəri oxur,Giribdir tuti ilə bu şirin sözüni əfsunlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq