Ğəmi-eşqün məni avarə qıldı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ğəmi-eşqün məni avarə qıldı,Fəraqın yürəgümni parə qıldı.
Qara bolsun mənim tək bəxti ol kim,Çəkib sürmə gözünki qarə qıldı.
Mənə kim sazkar olmaz, nə çarə,Təbibi-əql əgər yüz çarə qıldı.
Xətin yadi bilə bəxti-siyahim,Nəsibim giryeyi-həmvarə qıldı.
Məqtə — şairin təxəllüsü olan son beyt. Şikəstə Kişvəri bir zahid irdi,Anı bir muğbeçə meyxarə qıldı.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-gemi-esqun-meni-avare-qildi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey qara saçın sənün zəncir Məcnun könlümə,Yoxdur andan hiç tədbir Məcnun könlümə.
Bəsi ənduhi ğəm çəkdün dila, dildarı tapıncaBəsi ənduhi ğəm çəkdün dila, dildarı tapınca,Olub ayru-nun-fəraqından anun didarı tapınca.
Ey səba, qıl bir güzər ol bivəfa sarisinəEy səba, qıl bir güzər ol bivəfa sarisinə,Ərzə qıl miskinligim yoldaşların varisinə.
Bir zülfi həlqə-həlqəyə divanəyəm yenəBir zülfi həlqə-həlqəyə divanəyəm yenə,Şəm’i-yüzin görüb ana pərvanəyəm yenə.
Başqa şairlərin şeirləri
Görək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
MənəmArif məclisində, qanan yanındaHər sözü dillərdə yayılan mənəm.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.