Arif məclisində, qanan yanındaHər sözü dillərdə yayılan mənəm.Eşqin atəşidi yanan canımda,Qəza qamçısıyla döyülən mənəm.

Taqət olmaz qəriblərin dizində,Mürvət olar mərd iyidin özündə.Səksənində, doxsanında, yüzündəQəflət yuxusundan ayılan mənəm.

Yatmış idim, bəxtim məni oyatdı,Qəzanın qədəri kəməndin atdı.Mahalım Göyçədi, sakinim Zoddu,Sənətkar Abdulla deyilən mənəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale