Nə etibar
Ey dil, cəmii vəz'i-cahana nə etibarDövri-mədari-çərxi-zəmanə nə etibar
Əblaqnüma gərdişi-əyyami-ruzü şəbNirəngi-dər füsun ü fəsanə nə etibar
Kəlla, cəmii fanidir dövri-ruzigarZilli-qəzali-tündəvanə nə etibar
Ömri-əzizə olma qürurənə nur səmSam ü Nəsim ü pir ü cəvanə nə etibar
Atəş gələndə xüşk ü təri cümlə yandırurPişi-əcəldə yaxşı yamanə nə etibar
Qəl'eyi-qürur, xeyli kəmandar əşcə'əmBu ərsədə xədəng ü kəmanə nə etibar
Bu gör dü kövn təmami zülmat ruşənaMəhdusdur zühur ü nihanə nə etibar
Sitti cəhati-aləmi gəzdim xəyal iləƏrşü zəminü bəhrü məkanə nə etibar
Dövlət əgərçi cilvə verir pişgahdaAmma fərati-abi-rəvanə nə etibar
Buyi-bahari-hüsni-şəqayiq gedər, gedərBülbül çəkən nəva və fəğanə nə etibar
Bərfi-səfid sürx gülü eyləyüb siyahRəngi-giyahi-sərvi-çəmanə nə etibar
Şəmşiri-xud mücövhəri, bürrəndə tər gərəkAhən olan məxarici-kanə nə etibar
Mərdanəlik təşəxxüsi-fitriyyədir zərurÖvladi-şah, mir ilə xanə nə etibar
Bihudədir, qəribü qərini-zəvaldırCahü cəlalü mənsəbü şanə nə etibar
Aqil gərək özünə özü və'z eyləsünVaizi-din bəyani-zəbanə nə etibar
Didə, gərəkdi malinə sahib rəqib olaÇöldən çölə nigahi-şəbanə nə etibar
Kitabxana.az · https://kitabxana.az/works/dide-ne-etibar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal
HanıXəyalü fikrə gətir şeş cəhati-dünyanı,Təsəvvür eylə cəmiən cahani-imkanı
Gəlib gedibEy dil, cahana gör neçə kəslər gəlib gedib,Təqrirlə bəyandan əksər gəlib gedib
Qəbri-sədxaqandırEy könül, dünyayi-fani bil-bədahə fandır,Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Genə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.