Çağında
Bir ox vurdun ürəyimin başına,A bimürvət, günün batan çağında.Naşı ovçu durub ov bərəsində,Maral gəldi keçdi atan çağında.
Doldurub verəsən ipək sağıdan,Qurtarmadım bu bimürvət yağıdan.Səni nist olasan, məclis dağıdan,Şirin ixtilatın qatan çağında.
Qafıldan canıma saldın azarı,İl müddət çəkirəm bu ahü-zarı.Açılsa Yusifin Firdos bazarı,Sən al Abdullanı satan çağında.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-caginda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,Tərlədib ruxsan al eylərdi, al eylərdi yar.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
DağlarınAdəmdən cavandı, Nurdan qocadı,Bir sirdi, bilinməz yaşı dağların.
Yaşa könül!Ah, bu uzun sevda yoluVurulurmu başa, könül!