Mərdlərin içindən seçin namərdi,İlqarsızdı, gedib elə qarışar.Kökündən çıxardın qara tikanı,Hayıfdı, ətirli gülə qarışar.

Alçaq adam qarışdırar aranı,Bayquşda adətdir: sevər viranı.Odun sayma qarağanı, turanı,Yandırsan, köz olmaz, külə qarışar.

Ağac bəlli olar yaxşı barından,İyidlər seçilər düz ilqarından.Abdulla, ev tikmə qışın qarından,Yazda gün əridər, selə qarışar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri