Yaxşılıq, yamanlıq borcdur dünyada,Mərdanəsən, gəl yaxşılıq elə sən.Aşıq deyər elə sən,Oxu dərsin elə sən.Yamanlığa yaxşılıq,Gəl həmişə elə sən.Öz-özünə çox boy verib ucalma,Çıxammazsan obaya sən, elə sən.

Mərd igidlər sadə olar yəqindi,Ürəyimdə qalmayıbdı yağ indi.Aşıq deyər yəqindi,Ədalət var yəqindi.Qapı döyən agah ol,Döyülər qapın yəqindi.Göz ağrıyar bəduğuru görəndəƏl çəkmirsən, ha çıxırsan elə sən.

Dost yolunu gözləyərmi bedasıl,Bekar yola qulluq edər bəd əsil.Aşıq deyər bedasıl,Görünmə sən bəd əsil.Çətindi ki, həyatda,Qarşı gələ bedasıl.Öz qədrini nə bilirsən bedasıl,Qiymət qoyma obaya sən, elə sən.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri