Süzdürür
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürürYenə xınaladı nazik əllərinSinəm üstə nə gəzdirir gəzdirir
İstəməzdim yarım gedə buradanSəni mənə nəsib etsin yaradanSənin rəqibini Haqq götürsün aradanYarı yoldan ha azdırır azdırır
Qadir Allah, xub yaratdın aləmiNəsib yarəb, yarım bizə gələmiƏlə aldı yenə dəvat qələmiƏrzi-halım nə yazdırır yazdırır
Yarım ərzi-halın mənə söylədiŞad könlümü birdən qəmgin eylədiSaldı zülfün yüzə çin-çin eylədiGərdən üstə nə düzdürür düzdürür
Miskin Nəsir düzə bilməz qürbətəSənin rəqiblər yetişməsin dövlətəÇərxi-fələk nə salubdur fürsətəƏlim yardan ha azdırır azdırır
Kitabxana.az · https://kitabxana.az/works/nesir-el-sairi-suzdurur
Başqa şairlərin şeirləri · Eşq
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
YandımYenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Sevir, sevməyir?Göy çinar kölgəsində fikrə gedib tək,Oturmuşdur bir gözəl, yol çəkir gözü.