Dağların
Adəmdən cavandı, Nurdan qocadı,Bir sirdi, bilinməz yaşı dağların.Tufana əyilməz, yada basılmaz,Həmişə qar olar başı dağların.
“Əhvalı necədi? - bir səyyaddan sor,Quşa cələ olur, ahulara tor,“Can” desən, “can” deyər, “çor” söyləsən, “çor”,Səs alar, səs verər quşu dağların.
Qüdrətdən yetibdi uca barata,Sinəsi açıqdı elə, elata,Mən Cüda Miskinəm, başımda xata,Kəsib yollarımı qışı dağların.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-abdal-daglarin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xoşbəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim.
Zay olmusanYazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
Allah, ölümün haqdıBu dünya, o dünya var,Allah, ölümün haqdı!
BaşınNamərd ilə yoldaş olma,Uzun ağrı çəkər başın.