Bu dünya, o dünya var,Allah, ölümün haqdı!Bir dirilik suyu var,Allah, ölümün haqdı!

Axırın puçdu, dünya,Var ikən heçdi dünya.Hey gəldi, keçdi dünya,Allah, ölümün haqdı!

Abdal, yastıq daş olar,Üst torpağın yaş olar.Mələklər yoldaş olar,Allah, ölümün haqdı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri