Bu tac, bu taxt qılınc vəfa,Şıx oğlu Şah İsmayıla.Xızır Nəbi ol Mustafa,Olsun pənah İsmayıla.

Haxdan yerə gəlir bir səs,Bəxdin üzü dönməsin tərs.Qır qazana düşər nakəs,Etsə günah İsmayıla.

Abdal telə mizrab vurar,Gün gələr ki, dastan qurar,Yerdə Əli kömək durar,Göydə Allah İsmayıla

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq