Bu nə dərddi, nə bəladı,Imdada çat, qadir Allah!Yollarımı sellər aldı,Imdada çat, qadir Allah!

Gözü yolda qalanım var,Dərdə, qəmə dolanım var.Çiçək kimi solanım var,Imdada çat, qadir Allah!

Atam-anam yoxdu burda,Gejə-gündüz ahu-zarda.Abdal qaldı yaman darda,Imdada çat, qadir Allah!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri