Yıxdın könlüm şəhrini,Dad fələk, aman fələk!Içdim hicran zəhrini,Zülm etdin yaman, fələk!

Qara geyibdi sazım,Nə oxuyum, nə yazım,Nakam qaldı murazım,Vermədin aman, fələk!

Zülm olmaz beyləsindən,Qoru şər hiyləsindən.Abdalın naləsindən,Bir diksin, oyan, fələk!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri