Gedin deyin Lələ bəyə
Gedin deyin Lələ bəyə,Bu naleyi-əfğanımı.Qanlı fələk zülm elədi,Ayırdı candan canımı.
Mən bu bağa girərəmmi?Gül dəstəsin hörərəmmi?Ya rəbb, bir də görərəmmi,Öz mürşüdü-sultanımı?
Miskin Abdal bu nə kələk?Dövran qoymaz bizi gülək.Yerə vurdu məni fələk,Ucaltdıqca düşmanımı.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-abdal-gedin-deyin-lele-beye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çərxi-fələk yarıtmadıDövlətdən, vardan məni;
Narın üzə bilmərəmEy dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
OlmusanYazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?
VermədimXoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,
Başqa şairlərin şeirləri · Fələk və tale
Ey səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
İkinci təvəllüdUdardı məni də qaranlıq gecəCanımı atəşlə yoğurmasaydım.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Bu fələk işləri etdi pərişanBu fələk işləri etdi pərişan,Şadlığı fitnəylə o qoydu viran.