Ey səba, bu ərzimi ərz etgilən cananıma
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma.
Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,Hiç rəhm etməz mənim bu dideyi-giryanıma.
Ahu tək hər yana nıəstanə dolandırma gözün,Az qalıbdır gözlərin rəxnə sala imanıma.
Saqiya, dur, sağəri-sərşar doldur, nuş edim,Qəm yemə, gör çox yetibdir qəm, bu qəmli canıma.
Canımı canan alıb, naseh, məni mən eyləmə,Bilmirəm bir can nədir ki, qıymayım cananıma?!
Məqtə — şairin təxəllüsü olan son beyt. Zikriyi-şuridədil sübhü məsa söylər: Fətək –Qoydun həsrət sən məni ol gözləri məstanıma!
Kitabxana.az · https://kitabxana.az/works/zikri-erdebili-ey-seba-bu-erzimi-erz-etgilen-cananima
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
Badi-Səba, tərəhhüm elə binavalərəBadi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.