Məni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.

O kamanqaş gözəl atdıqca xədəngi-müjəsin,Doldu peymaneyi-çeşmim ciyərim qanı ilə.

Bağlayıb boynuna zahid xəmi-zülfün tuqun,Gör necə küfr təriqin tutub iymanı ilə.

Könlümüz cəm idi, nagah əsib badi-səba,Qıldı pəjmürdə yenə zülfi-pərişanı ilə.

Xublar içrə vəcahətli idi Yusif əzəl,Deyin o əzzələ qarşı dura, bu sani ilə.

Aşiqin cismini duzəx odu yandırmaz, elə -Ki, elə yandırır od məhvəşi hicranı ilə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Zikrinin naleyi-əfqanı yetişdi fələyə,Yandırar əncüməni-əncümü əfqanı ilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq