Dövri-rüxsarına geysuyi-pərişan düzülüb
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Əsmə, ey badi-səba, pozma nizami-zülfün,Ki, nizamilən ona çox dili-viran düzülüb.
Necə tərsabeçədir bu ki, qiyam eyləyibən,Qibleyi-hüsnünə min dəsta müsəlman düzülüb.
Gül üzündə görübən daneyi-dürri-ərəqi,Belə sandım ki, gül övrağına mərcan düzülüb.
Şərbəti-ləlini bimar könüllər istər,Bir içim sudan ötrü, gör necə ətşan düzülüb.
Ey kamanqaş, bu qədər atma xədəngi-müjgan,Ehtiyat eylə ki, amacına çox can düzülüb.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bilməzəm, hansı əsir oxlayacaqdır, Zikri,Bu sayaq ilə ki, əbrusuna müjgan düzülüb.
Kitabxana.az · https://kitabxana.az/works/zikri-erdebili-dovri-ruxsarina-geysuyi-perisan-duzulub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
Badi-Səba, tərəhhüm elə binavalərəBadi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Bəyaz çöllər'***1931**BƏYAZ ÇÖLLƏR****
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.