Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!

Meyü meyxaneyi-eşqin yolun bildirmə əğyarə,Bəlalı aşiqə içdir bəla peymanəsin, yarəb.

Çəkib şanə dağıtdı zülfünü məşşateyi-naşi,Pərişan könlümü sındırdı, smdır şanəsin, yarəb!

Rəqibim kakilündən könlümü istər rəha qılsın,O kim istər yıxa bu xanəni, yıx xanəsin, yarəb!

Həqiqət atəşindən suznak eylə səməndər tək,Ki nari-şəmə yandırma könül viranəsin, yarəb!

Xəyali-xalın ilə düşdü dami-zülfünə könlüm,Bu nabina quşün sən damdə ver danəsin, yarəb!

Məqtə — şairin təxəllüsü olan son beyt. Vüsali-yarə yetdi Zikri, amma hiç kəs bilməz,Nə növ ilə əda qılsın bunun şükranəsin, yarəb?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq