Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
Göz siyah, dəndan bəyaz, ləbləri şux, qönçə dəhan,Al yanaq, nəsri buxaq, ol qaşları qəmər gərək.
Əl şüşə, barmaq qələm, dırnaq sədəf başdan-başa,İncə bel, əndamı şux, tər sinəsi mərmər gərək.
Xoşqılıq, xoş məcazlı, xoş ixtilat eylər ləziz,Dindirsən, can söyləyən, hər kəlməsi şəkkər gərək.
Avazı bülbül kimi, danışanda dür tökülə,Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək.
Hər səhər min naz ilə sığallanıb qarşı çıxa,Yerişi kəklik kimi, həm libası məxmər gərək.
Ağıl ola başında cəm, həm gözləyə namus-arı,Ədəbi-mərifəti, el dilində əzbər gərək.
Rəqib sözünə uymayan, əğyara məhəl qoymayan,Fitnə-fəsadı qanmayan həyalı bir dilbər gərək.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu nişanda sən kimi məhbubənin xidmətinə,Mən kimi, Molla Cüma, bir cigəri əxtər gərək.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-ey-konul-sene-hemdem-bir-qameti-erer-gerek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
İşıq sürətiXəyalım yenə də öz səfərində,Onun söykək yeri dərdim, məlalım.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
İnamQoru eşqimizi, böhtandan qoru,Məhəbbət bulaqsa, böhtan da lildir.