Mən
thumb|Şeir daş üzərində
Aşıqlıq Adəmdən icad olubdur,Ol Adəm atanın nəvəsiyəm mən.Nə qədər dünyaya aşıq gəlibdir,Küllü aşıqların anasıyam mən.
Aşıq anasıyam, şairlər kökü,Gəzərəm dünyanı divanə təki,Mahalım Göynükdü, şəhərim Şəki,Layiski kəndinin binasıyam mən.
Binəm Layiskiyə düşübdür mehman,Pədərim Salahdır, madərim Reyhan,Vələdim Həsəndir, əxim Süleyman,Familim Mollaoruc ədnasıyam mən.
Ədnayam, kəmtərəm, dərdə dərmanam,Hənəfi məzhəbəm, həm müsəlmanam,Nəbim Məhəmməddir, əhli-Quranam,Mömin qardaşların aşnasıyam mən.
Aşnayam gedərəm doğru yolunan,Bülbüləm, söhbətim olar gülünən,Danışsalar yetmiş iki dilinən,Ol qədər arifəm, qanasıyam mən.
Qanıram, ustaddan almışam dərsi,Oxumuşam ərəb, türk ilə farsi,Fikrim seyr eyləyir ərşinən kürsi,Dərin kitabların mənasıyam mən.
Mənada Mollayam, Molla Cumayam,İsmi Pünhan, oduna pərvanayam,Gəlmişəm cahana, bir gün fənayam,Axırda Kərəmtək yanasıyam mən.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal.“Tey” - tərlan balasısan, misli humay quşa Cəlal.
Ay aşa-aşaBir tərlan baxışlı, kəklik yerişli,Seyr edir bağları ay aşa-aşa.
Ay, ayTək gəldin cahana, didarı göyçək,Dəndanı yaqutsan, ləlsən, ay, ay.
Ayağa durmazZəhmətim əşəddir, bülbülüm gülsüz,Zar olur könlümüz, ayağa durmaz.
Başqa şairlərin şeirləri
Canım usta, mənə bir qılınc qayır,Nə uzun, nə gödək, bir qərar ola.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
OlsunBir gözəl istərəm bu əvsafda,Gözəllər içində xubtər olsun.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,