Canım usta, mənə bir qılınc qayır
Canım usta, mənə bir qılınc qayır,Nə uzun, nə gödək, bir qərar ola.Dəstəyi şirmayı, özü qoşanov,Vuranda ürəkdən xəbərdar ola.
Xorasan poladın yaxşısından seç,Yaxşısı olmasa, yamanından seç.Hər nəyə vuranda dayanmaya heç,Ya fil, ya kərgədan, ya şahmar ola.
İraxdı mənzilim, uzaqdı ara,Suyu çox sərt ola, qılovu qara.Yarı cılxa polad, yarı nalpara,Qara əqrəb kimi zəhrimar ola.
Kamandar dediyin ötürməz avı,Kimdi bu dünyada qolumun bavı?Qayıtmaya ağzı, iti qılavı,Haraya ki, dəydi, tarumar ola.
Kitabxana.az · https://kitabxana.az/works/xalq-ola-canim-usta-mene-bir-qilinc-qayir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Görüşlə bitmədi bu hicran niyə“Ayrılıq görüşlə bitir... tez olur”.Görüşlə bitmədi bu hicran niyə?
Yurd mahnısıDilərəm bir payız günü,Səhər doğsun qızıl günün,
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.