Bizim elin dəliləriGirər meydana mərd olu,Ölüncə meydandan qaçmaz,Girəndə meydangərd olu.

Sərp qayalarda yurd olmaz,Müxənnətə söz dərd olmaz.Çaqqal əniyi qurd olmaz,Yenə qurd oğlu qurd olu.

Dəlilərim fovcu-fovcu,At minib düşman qovucu,Belində Misri qılıncı,Koroğlu kimi mərd olu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən