Mərd dayanar, namərd qaçar,Meydan gumbur-gumburlanı,Dəlilərim meydan açar,Düşmən gumbur-gumburlanı.

Qoç iyid bığın buranda,Çəkib yay-oxun quranda;Şeşpər qalxana vuranda,Qalxan gumbur-gumburlanı.

Top açılar qalasından,Haqq saxlasın badasından,Koroğlunun narasından,Hər yan gumbur-gumburlanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri