Meydan başına
Qıratım kişnəyib girər,Atılar meydan başına.Qılınc çəkib dəlilərim,Od ələr düşman başına.
Yaxşı ər, yaxşı at minər,Ortada göstərər hünər,Atılanda nizə, şeşpərQaldırar qalxan başına.
Gər girişsəm çalhaçala,Quş gərəkdi qanad sala,Çəkib uçurdaram qala,Bəy, paşa, sultan başına.
Dava düşəndə Eyvaz xan,Yüz yağıya verməz aman,Dolanıb olasan qurbanBir belə oğlan başına.
İgiddə olar namus, arDar gündə görər gücü kar.Koroğlu, dəlilər, NigarYığılar dövran başına.
Kitabxana.az · https://kitabxana.az/works/xalq-meydan-basina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günlərin bir günü Koroğlunun aşığı Cünun Ərzuruma gəlmişdi.Cəfər paşanın məclisində oxuyurdu. Söhbət arasında Cəfər paşa dedi:
Durna teliEyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi. Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq biridi ki, o da Nigardaydı.Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: "Görəsən bütün arvadların arasında heç mənim kimi xoşbaxtı varmı?".
Koroğlunun Rum səfəriAşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız. Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi. Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir.Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı.Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.
Koroğluynan Bolu bəyXotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər.Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Hasan paşanın da canını qorxu almışdı.
Başqa şairlərin şeirləri
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
Açan-solan çiçəklərBən bir güldüm, açılmadan budağımdan dərdilər,Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,