Ey Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar

Neçə dəfə istədim kim vardi-xidmət olamVermədi fürsət mənə bu gərdişi-gərdunmədar

Aqibət tutdum soraq hər tərəfdən hər yanaMirzə Cəfərin mənə verdi soraq aşikar

Bu gecə bir neçə atlı istədi qarət edəKəndin əhlini eyləyə məhzun, zar, dilfikar

Həzrət Abbasa verdilər qəsəm mərd ilə zənBaxmadı o anda o dəzdi-şəqi və nabikar

Getdi cövlanə səməndin ol sək, mərdudi-dunNagəhan bir güllə etdi əşqiyanı tarumar

Bu xəbər çün yetdi Sultan Pristav atlanıbSübh vaxtı etdilər bir neçə atlını düçar

Kəhlənin səkdirdi oldum Şahmar və şahbazNecə ki şahbaz edər kəncişk ilə kəbki şikar

Əşhəbi-gərdunxiram, tizrəftarın çapubAynalı əldə atardı bihədd-ü-həsr-ü-şümar

Əz qəza İsgəndəri etdi səməndin mövkibiAt yıxıldı, atlılar fürsət tapıb etdi fərar

Düşdülər Rədə gəlib Cənlidə məskən etdilərBir xəbər getdi o dəmdə Sədnik çabük süvar

Durmayın, oturmayın bu dəmdə siz tez atlanınBağbanda Hisn etmiş bir neçə mərəkə düçar

Oldular cümlə süvarə hər nə pir və nocavanSədnik, Sultan Pristav və hər nə var xürdü-kibar

Ol gecə vaxtı günə kəndini mənzil eyləyibYazdılar namə yığılsın bir sipah bişümar

Ol Aleksan bəy Pamoşnik sübhdən hazır olaSaniyən Əli ağa, Səməd ağa, naib nə var

Diqqət edə, cəm ola bir ləşkər kinəşimÇaldırıb təbli-bəşarət, çəkdilər həm dəxi car

Hamıkəs gəlsin bu gün Ağalarovun evinəOrda həm şura edək, görək nədir mətləb nə var

Əlğərəz, ordan Xoruzlu kəndinə cəm oldularEtdilər Əli Qurban oğlunun evini tarümar

Bilmirəm hansı qorumsaq söyləmişdir kim sizəMolla Şükür saxlıyor evində şəxsi-zəxmdar

Bilmirəm kimdir sizi sərdən salıb hər yan çəkənBilmirəm kimdir alur sizdən ənan və ixtiyar

Cüstcu etsən əgər Molla'nı var Quran-kitabAxtaran Molla evin dərviş tapar, kişiş tapar

Ol Aleksan bəy Pamoşnik bir nəcibül-əsldirAfərin olsun ona, həm ədli var, insafı var

Əli ağa Cavanşir arifi-dövrandırTəbi var, şeir-qəzəl bəhsini həm yaxşı yazar

Bir qulaq as ərizimə, ey hakimi-nəzm-ü-nəsqSaxla yadında bunu sən, ey əzizim Şahmar

Sən höküməti əhlisən, tədbir ilən iş tutqilənFikir qıl, tədbir qıl hər ləhzə sən ol huşyar

İsmayıl bəy bir cavan və nuvrəs və novxətərEtməyibdir təcrübə, aləmdə çox tədbir var

Ey əzizim, axtarırsan, yaxşı axtar evləriBelə işlər eyləyən durmaz, Cavanşirdən qaçar

Gör Salahlu atlısı kimdə yatıb, nə aparıbDəstə-dəstə at və mala, camışa yoxdur şümar

Bir tərəfdən Şəfibəyli, bir tərəfdən KülaniBir tərəf Qızılhacılı, əhli-Kuran gər kənar

Əhli-halı, əhli-tədbiri nəzərdən salmısanCəm eyləyibsən başına bir neçə ola mur-u-mar

Qan edən evlər yıxan olubdur hörmət sahibiHər yana getdikcə yanınca gəzər, həm at çapar

Allah, Allah! kimdi oğru, kimdi oğru saxlayanBu Pristav içkiçi yerinə Culfanı tutar

Bir görəydim, bir biləydim kimdir ol şeytan sifətBir biləydim kimdir ol dəyyus, mərdi-bəd qumar

Bir biləydim kimdir ol oğraş, qorumsaq, bədəməlEyləyidim hicvilə rüsvayi-əhli-ruzigar

Mərdümazar istiyor hər gündə kim bir ev yıxaYıxsın onun öz evin tez başına Pərvərdigar

Atəşi, tut damənı övladı-pakı HeydəriXəsm olub boynun vurar, bişək, o sahibi-Zülfüqar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri