Dilərəm bir payız günü,Səhər doğsun qızıl günün,Al bayrağın qanad açsın,El-obalar tutsun dügün.

Dilərəm, ey gözəl yurdum,Muradına xalqın yetsin,Toz qonubdur saçlarına,Silkin, silkin tozun getsin.

Çayların var dərya-dərya...Nədən susuz qalsın ellər?Sən nəsimin qaynağıykənNədən əssin qara yellər?

Artıq sənə yaraşmaz ki,Palçıq evlər, torpaq cadda,Nədəndir ki, bir saxsıyaCəvahirin satdın yada?

Əsarətdə yaşadığınKeçmişlərin qəflətidir,Yetər zindan, yetər zəncir,Zindanı yıx, zənciri qır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən