Atlıların keçdiyi yerTapdalandı, toza batdı.Bir gecədə dəli şeytanYurdumuza matəm qatdı.

Gün parladı, payız günü,Rəngi qızıl qana döndü.Yer titrəyib, ev yıxıldı,Ocaqdakı atəş söndü.

Evsiz, yurdsuz qalan ellərQürbət eldə süründülər.Şən ürəkli qız gəlinlər,Matəmlərə büründülər.

Bir çox igid, düşmən qıran,“Bu dünyaya gəlib keçdi”,Bu dünyada qalanlar da:“Karvan kimi qonub köçdü”.

Məgər bunca qara günlərAlınlara yazı oldu?Dünya gülüb güllənərkən,Bizim bağın gülü soldu.

Nədən dilin danıb şairYaltaqlanıb səna etdi?Xəncər verib cəlladlara,Qan içənə dua etdi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən