Bu şeir İstanbul türkcəsilə yazılmışdır

Anəm bana söylərdi, qaranlıq gecələrdə,Yıldızların altında, bir ahəngli dastan.Hər yıldızı bir işvəli canan sanaraq mən,Göylərdə bakardım gecə yıldızlara mən.

Bəzən də bana qaş-göz edən bir sarı koykəb,Asimandan uzaq, hər gecə röyama girərdi.Yarpaqların ahənginə bənzər, suya bənzər,Titrək səs ilə, bir uzun əfsanə deyərdi.

Bəzən də üfüqlərdə yanardı sarı bir ay,Anəm onun ənvarinə, həsrətlə baxardı.Mən bal xəyalimlə, fəzalərdə gəzərkənO sevgili yıldız da səmalərdən aşardı.

Ay nurini yarpaqlara səprər, dağıdarkən,Bağlarda, çayırlarda böcəklər öpüşərdi.Dağlardan enib mavi sular ilə o dəmdə,Müştaq və pərişan kimi, mehtab öpüşərdi.

Anəm bana söylərdi gecə ay işığında,Həsrətli baxışlarla, bir əfsaneyi saməd!Ol dəm ki, işıldadı su, ağlardı şəbahəngDinlərdik o ahəng şəbi samid də sakit.

Fikrətlərə məhzub, o halətlə qalardıq,Anəmlə bərabər gecə mehtabə dalardıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri