Əgər soruşsalar bir dəfə məndən:Ən ağır, ən acı nədir dünyada?O zaman hicranın tutub əlindənDeyərdim, lənətlər deyin bu ada.

Söylə, ey ayrılıq, özün söylə, gəl,Hansı bir ürəyə ləkə salmadın?İnsan arzusuna etmədin əməl,Odur ki, cəfəkar tanınır adın.Söylə, ey ayrılıq, hansı aşiqinAyrılıq adıyla rəngi solmadı?Həmdəmi olduğun hansı insanınÜrəyi əlində dağlı olmadı?Söylə, ey ayrılıq, ana qəlbinəSəndən ağır olan bir yara varmı?Başqa planetə uçub getsənəBu geniş səmalar başına darmı?Körpəmin gözündə, yanağında yaş,İlk dəfə bil səndən törənmiş fəqət.Ələm yol tapdısa onun qəlbinəBu da səndən oldu bir gün nəhayət.Xalqımın, elimin qəlbində daimQəmlərə, kədərə sənsən səbəbkar.Köçsənə əbədi bütün dünyadan!Böyüklər, kiçiklər bunu arzular.Ürəyim yaralı hicran əlindən,Diləyim yaralı hicran əlindən,Başımın üstündə hərlənəndə, ah,Gözlərim qaralır hicran əlindən.Üzünə bağlanan qapılar olsun,Bizə çağrılmamış qonaq kimisən.Ürəklər vüsalla boşalıb dolsun,Elim üz döndərmiş biganələrdən.Ayrılıq, dünyada ölüm də sənsən.Qəlbimə zülm edən zülüm də sənsən.Səni məğlub edən polad qanadlı,Vüsal müjdəçisi olacağam mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran