Şiblinin laləsində,Qızıl piyaləsində,Mənə su ver bir udum,Ay sevincim, umudum.

Qışın peşmək qarından,O saf, kövrək qarından,Gətir azalsın odum,Ay sevincim, umudum.

Qar altdan nərgiz gətir,Dağı-daşı gəz, gətir.Gülü nəğməyə tutum,Ay sevincim, umudum.

Şad xəbərçim olaydın,Arzusu çin olaydın.Həsrətdən dondum, dondum,Ay sevincim, umudum.

Görüşümüz nağıldı,Fikrim yenə dağıldı.Göz yaşımda yuyundumAy sevincim, umudum.

Sular ram ola bildi,Dincini ala bildi.Mən nə susdum, ovundum,Ay sevincim, umudum.

Vüsal ver, yandım, dedim,Vüsalı şərbət edim.Mən içim udum-udum,Ay sevincim, umudum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran