Söndün nə çapıq, ruhuma qüvvət verən ey nur,Ümmidi-vüsalınla sənin mən yaşayırdım.Şövqünlə o daşqın dərələrdən həm aşırdım,Hicrin məni, ah, etdi yenə xəstəvü rəncur.Oynatmadadır qəlbimi atəşli bir ahəng,Vulkan kimi püskürmədə ətrafə şərarə.Nolmuş ki, yaxırsan məni sən, ey dili-parə?Etmişmi həyatı bu mühitin sənə də təng?

Müzlim gecə, ətrafı bulud, çən bürüyərkən,Göz yaşlarımın bəslədiyi ey gözəl ümid,Qarşımda təcəssüm edərək ver mənə təyid,Bu zülmət ilə sübhə qədər ta vuruşum mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran