Məzlumların ümidisən, ey əsri-pürxətər!İzlər böyük addımlarını bir sürü bəşər!Dövrü zəmanədən nə gətirdin bizə xəbər?Hiddətli bərq, saiqələrdən nə var əsər?Tufanlı ildırımlarının qəhr, hiddətiXofü ümid ilə yaşadır cümlə milləti.Qaldır buludlu pərdələri, anlasın cəhanSönməz günəşmi, ya qara bir kölgədir doğan?Varmı ümid bir daha feyzü səadətə?Ya çəkmədə bizi yenə girdabi-zillətə?Bu qırmızı şəfəqlər içində nihan-nihanDoğmazmı nur, mehr, məhəbbət cəhan, cəhan?!Ey vah!.. Ənqərib bu əmvaci-kibriya,Bir sahilə səfinəmizi zövq edərmi ya?Duydum, bu üstümüzdə buludlardır oynaşır.Məşriq dənizləri qabarır, yüksəlir, coşur.Bilməm, bu dağlar, bu məhabətli fırtınaÖksüz bu milləti çıxararmı o bir yana?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Səkkizinci fəsil

Yay olduqca isti keçmişdi. Günəşin altında istilik 56 dərəcəyə, kölgədə 35 dərəcəyə qədər artmışdı. Varlılar, az-çox imkanı olanlar sərin istirahət yerlərinə, Abşeron bağlarına çəkilmişdilər. Məhərrəm əmi öz həyat yoldaşı Firuzə ilə bərabər şəhərdə qalmağa məcbur olmuşdu. Zəki ilə Nəzakət tez-tez onlara baş çəkirdi. İstinin Məhərrəm əmiyə pis təsir etdiyini görüb Zəki qocaları Nəzakətlə bərabər Qala kəndinə aparmaq istədi.– Məhərrəm əmi, siz bizim Qala bağlarını görməmisiniz. Atamgil də bağdadır. İstidə naxoşlayarsınız. Gəlin sizi aparım bağa.

190917 dəq
Doqquzuncu fəsil

Qızı olduqdan sonra Əşrəf Sonaya ancaq bir ana kimi baxırdı. Qəlbinin içini dolduran əvvəlki səmimiyyət və məhəbbət get-gedə sönməyə və boşalmağa başlayırdı. O, indi müxtəlif bəhanələrlə gecələr evə vaxtsız qayıdır, rəftarında, hərəkətlərində Sonaya qarşı əvvəlki qədər səmimi görünə bilmirdi. Sona isə eşqini kimsə ilə bölüşmək istəmədiyindən gecə-gündüz onun keşiyini çəkir, dəlicəsinə sevdiyi Əşrəfini özünə bağlamaq üçün çarələr düşünür və onu dərhal tətbiq etməyə çalışırdı. Lakin bunların səmərəsiz və təsirsiz qaldığını və ailə həyatındakı sevgi və səmimiyyətin Əşrəf tərəfindən gündən-günə ayaqlanıb, insafsızcasına tapdalandığını gördükcə kədərlənirdi. O çox düşündü, bir çox tədbir və çarəyə əl atdı, amma heç biri fayda vermədi. Son tədbir olaraq bir gün:– Əşrəf, teatra gedəndə məni də özünlə apar, – deyə yalvardı.

190920 dəq
Onuncu fəsil

Əhməd Əşrəfin təsiri altına düşdükdən sonra Zəki ondan əlaqəsini tamamilə kəsmişdi. Bir gün küçədə Əhmədlə qarşı-qarşıya gəldi. Üzünü çevirib keçmək istərkən Əhməd onun qolundan tutub:– Bura bax, üzünü çevirib keçmə! – dedi.

19097 dəq
Fitnə

Üç pərdəli mənzum dram(Mövzusu Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından alınmışdır)*

19461 dəq

Başqa şairlərin şeirləri · Təbiət və bahar