Həsrət ağrısını, vüsal qəminiAyrılıq oduna yananlar bilər.Dənizdə qərq olan tənha gəmininTənha fəryadını ümmanlar bilər.

Mənə söyləməyin az alışıb-yan,İnanın, daşı da ağladar hicran.Dağların ahıdır o çən, o duman,Dağların dərdini dumanlar bilər.

Məni sorğulara tutma sən əbəs,Arzumu qəlbimdə, baxışımda gəz.Könlümü hər naşı oxuya bilməz.Onu dünya görmüş insanlar bilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran