Yetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.

Axırda etdi xaluvu da qan içən ləbin,Yoldaşlığın, bəli, olur axir sirayəti.

Öylə ki, tari-zülfün ona hər zaman dəyir,Axırda incinib, üzün eylər şikayəti.

Dedin ki, kim əlac edər zəxmi-sinəvə,Qəmzən edər əlac, əgər olsa inayəti.

Qəddin hədisi aləm ara saldı fitnələr,Şuriş düşər yetəndə, bəli, məhşər ayəti.

Tapmazdı ləblərində könül çeşmeyi-həyat,Xizri-xətin gər eyləməyəydi hidayəti.

Məqtə — şairin təxəllüsü olan son beyt. Derlər ki, hicr qayəti hicrandır, Bahar,Yarəb, hara yetə, görəsən, hicr qayəti?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq