Bəri bax
Ala gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Gecə-gündüz fikrim, zikrim əzbərim,Üzüldü taqətim, aman, bəri bax.
Kim dözər mənim tək belə fürqətə,Rənc-məşəqqətə, bar-möhnətə?Haçandır düşmüşəm tar zülmətə,Çəkilsin üstümdən duman, bəri bax.
Payibəndəm qəmi-eşqə giriftar,Hicrin atəşindən can oldu bimar,Raz-dilim edə bilmən aşikar,Çəkirəm dərdini pünhan, bəri bax.
Gün-bəgün könlümün artır qubarı,Pərişandır, bulmaz o qəmküsarı.Ölsün, itkin olsun bilə əğyarı,Gəzməsin arada yaman, bəri bax.
Çox çəkər hicrini Kəmtər xəstə,Leyl ü nəhar, şam ü səhər peyvəstə,Ey yanağı lalə, ləbləri püstə,Ağzı nəbat, şəkər, zəban, bəri bax.
Kitabxana.az · https://kitabxana.az/works/kemter-el-sairi-beri-bax
← → düymələri ilə keçid, R — təsadüfi şeir