Tillərin
A sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.Bu tərif sənindir, yaxşı qulaq as,Dolansın boynuma qucaq qolların.
Bu eşqin ucundan canım alışır,Qərib könül bircə sənlə barışır,Bağda gəzən bülbül kimi danışır,Mənim ilə şirin-şirin dillərin.
Əli mail oldu sənin üzünə,Qələm qaş altından ala gözünə,Görüncə yaylubdur yüzünə,Ayna qabağına siyah tillərin.
Kitabxana.az · https://kitabxana.az/works/eli-el-sairi-tillerin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Əcəm qızı
Ahu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,
Kölgələnən qızıl dağlarKölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər