Kölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.Kimin eşqi yenə məni çıxartmışDaş ürəkli, nazlı yarın yadından?

Kölgələnən qızıl dağlar, boş qalın,Sizdən uzaq diyara o gedibdir.Başqasının əfsununa tutulmuşEşqin danıb, aşiqin tərk edibdir.

Qızıl dağlar kölgələnib sönsə də,Su başında açan güllər solsa da.Onun eşqi sönməyəcək könlümdə,Başqasının məşuqəsi olsa da.

Üfüqlərin nilufəri rəngində,Yenə onun solmaz rəngi görünür.Altunlaşmış sünbüllərin içində,Sanki onun ətəkləri sürünür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq