Anam üçün
Yelkən öpüşü tək quru yaprağın,Sükutu titrətdi, durğun suları.Çəmənlərdə ötən quşların səsi,Oyatdı könlümdəki duyğuları.
Bir xəyal süzüldü, ağaclıqlardan,Sular üstə düşüb, kölgə tək soldu.Keçən baharların rəngləri artıqÜrəyimdə acı xatirə oldu...
Keçmiş günlər pərdələndi, həyatımBir əfsanə kimi, mənə göründü.Məni sevən anamın, xəyalı, ah!Bir şəbeh kimi, yol üstə süründü...
Sürün ey xəyal! Sən ey kölgə, sürün!Tozlu yollarda, ay işığı tək!Qal torpaq altında, ana, torpaq ol!Torpağında yetişsin qan rəngli çiçək.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-anam-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Lənkəranın Gül bağında gəzirəm.Mən behiştin qucağında gəzirəm.
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getməXöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!