Ayın kölgəsi
Gümüş kölgə salıb qarlar üzkərə,Asimanda büllurlanan donuq ay,Dünya susmuş, eşitdilər meşədə,Gecə vaxtı guruldayan axar çay.
Əfsunlamış ay dünyayi bu gecəYer, göy məbhut, onun səsin dinləyir,Hər şey sakit, lakin mənim ürəyim,Sakitlikdə bir saz kimi inləyir...
Əfsunlarsa ay aləmi, könlümü,Ancaq onun baxışları əfsunlar!Mən susmaram, dünya bütün susarsa,Məşğul etməz məni məgər nazlı yar.
Gümüş kölgə salıb gecə məhtab,Lacivərdi asimandan yerlərə...Qarın ipək pərdəsində gizlənmiş,Çayır, çəmən, düzənliklər, dağ, dərə.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-ayin-kolgesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir